Qeydiyyat başa çatdı Nə qədər abituriyent tələbə adından imtina etdi?


Digərləri 24 Sen 2021 12:14:00 150 0

Qeydiyyat başa çatdı  Nə qədər abituriyent tələbə adından imtina etdi?

Bu il ali məktəblərə təqrıbən 51 min, kolleclərə isə ümumilikdə 25 min plan yeri ayrılmışdı. Onmınlərlə abituriyentin bilik yarışından - yəni qəbul imtahanında isə cəmi 47 min abituriyent müsbət nəticə əldə edib. Ali məktəbələrə qəbul planında 4 min tələbə yeri boş qalmaqla yanaşı, bu gün başa çatan qeydiyyat prosesındən sonra daha 3 min yerin boş qaldığı məlum olub. Bu 3 min nəfər ali məktəbə daxil olduğu halda, tələbə adından imtina edənlərdir. Bu isə həm də o deməkdir ki, bu 3 min nəfər həmin ixtisasa daxil olmaq arzusunda olan tələbələrin yolunu kəsiblər. Bəs belə halların qarşısı necə alına bilər? Təhsil ekspertinin təklifləri var...

Növbəti il üçün ali məktəblərə imtahan verməyə hazırlaşan bu gənclərin çağırışı universitetlərə bu gün yekunlaşan qeydiyyat prosesindən sonra 3 min plan yerinin boş qalması ilə daha da aktuallaşdı. Onminlərlə abituriyentin tələbə olmaq arzusuna, tələbə adı qazanmasına baxmayaraq, bu ada sahib çıxmayan daha 3 min tələbə son qoymuş oldu. Hər il müşahidə edilən bu tendensiyadan universitetlər də zərər görür. 

Son.az Xəzər TV-yə istinadən bildirir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, adətən belə hallar abituriyentin "filankəs universitetə daxil ola bilmədi" kimi ictimai qınaqlardan çəkinərək bəyənmədiyi aşağı ballı ixtisasları da seçim siyahısına daxil etməsindən, amma sonradan bu ixtisas üzrə təhsil almaqdan imtina etməsindən qaynaqlanır. Bəziləri isə şəxsi ambisiyalarından çıxış edərək, sırf sosial şəbəkələrdə tələbə adını qazandığını qeyd etmək üçün bu ixtisasları da yazırlar. Təhsil ekspertinin sözlərinə görə, bu cür mənfi tendensiyanın qarşısının alınması üçün bir çox xarici ölkələrdə cəza mexanizmləri də tətbiq edilir. 

Qeyd edək ki, qəbul olduğu universitetdən imtina halları daha çox özəl və rayonlarda fəaliyyət göstərən universitetlərə qəbul olan tələbələr arasında yaşanır.