Türkiyədə körpələrə səhvən COVID peyvəndi vurulub


Digərləri 24 Sen 2021 11:56:00 87 0

Türkiyədə körpələrə səhvən COVID peyvəndi vurulub

Türkiyədə azyaşlılara səhvən koronavirusa qarşı peyvənd vurulub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu İzmirdəki Egey Universitetinin professoru, həkim Zəfər Qurugöl bəyan edib.

O bildirib ki, uşaqlara hepatit B peyvəndi əvəzinə COVID vaksini vurulub.

Onun sözlərinə görə, belə hallar bütün yaş qruplarından olan, o cümlədən də bir yaşdan aşağı körpələ bağlı baş verib.

Həkim azyaşlılara yüksək dozada koronavirus peyvəndi vurulmasına baxmayaraq, onlardan heç birində hər hansı yan təsirin müşahidə edilmədiyini bildirib.