Soyuq müharibə qayıdır!


Dünya 24 Sen 2021 09:50:00 140 0

Soyuq müharibə qayıdır!

Beynəlxalq münasibətlərdəki hazırki durum bəşəriyyətə Soyuq müharibəni geri qaytara bilər.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

O bildirib ki, pandemiya böyük problemlərlə yanaşı müsbət dəyişikliyi də gətirib, bu da ölkələrin bir-birindən daha asılı vəziyyətə düşməsidir:

"Biz bir-birimizdən asılı dünyada yaşayırıq və ümid edirdim ki, bu səbəbdən Şərq və Qərb əməkdaşlığı hörmətə əsaslanacaq. Çox təəssüf ki, bunda yeni Soyuq müharibə təhlükəsinin formalaşdığını görürəm".