Ağstafada 4 otaqlı ev yanıb


Digərləri 24 Sen 2021 08:49:00 162 0

Ağstafada 4 otaqlı ev yanıb

​​​​​​​Ağstafa rayonunun Poylu qəsəbəsində ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaqlı evin və bitişik ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.