Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon İtaliyada həbs edilib


Dünya 24 Sen 2021 08:25:00 104 0

Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon İtaliyada həbs edilib

İtalya polisin əməkdaşların Kataloniya hökumətinin keçmiş başçısı Karles Puçdemonu Sardiniyada həbs ediblər.

Trend-in məlumatına görə, bu barədə El Pais qəzeti K.Puçdemonun vəkili Qonsalo Boyeyə istinadən bildirib.

K.Puçdemona qarşı Avropa həbs qərarı var: polis onu Sardiniyaya gəldikdən dərhal sonra hava limanında nəzarətə saxlayıb.

K.Puçdemonun bu gün Sassari şəhərinin Apellyasiya Məhkəməsinin qarşısına çıxacağı gözlənilir. İtaliya ədliyyə orqanları onu İspaniyaya təhvil vermək üçün hər hansı bir səbəb olub olmadığını müəyyən etməlidir.