Başlanğıclar: sevgi və ehtiras dolu qaranlıq örtük altı və laqeyd əllərdə soyuq sınaq şüşəsi,


Digərləri 23 Sen 2021 22:01:00 153 0

Başlanğıclar: sevgi və ehtiras dolu qaranlıq örtük altı və laqeyd əllərdə soyuq sınaq şüşəsi,

1978-ci il 25 iyulda tibb tarixində inqilabi bir hadisə baş verdi. İngiltərə klinikalarının birində 10 illik sonsuzluqdan əziyyət çəkən valideynlərin Luiza (Louise) adlı sağlam qızları dünyaya gəldi. Körpə in-vitro, sınaq şüşəsindən olan bir ilk idi. Luiza həm jurnalistlərin, həm də təsadüfi adamların diqqət mərkəzində oldu. Çoxlarını uşağın görünüşü təəccübləndirirdi, amma hadisə tibb tarixində baş verən irəliləyişin real başlanğıcı idi

Valideynlər - Leslie və John Brown, demək olar ki, ümidsizliyə qapılmışdılar, amma həkimlırin qəti qərarına baxmayaraq yenə valideyn olmaq arzusunda idilər. Bir dəfə fizioloq Robert Edvards ilə ekstrakorporal mayalandırma (EKM) texnologiyası üzərində işləyən ginekoloq Patrick cütlüyə bu sınağı izah etdi: "Cəhd edə bilərsiniz, amma texnika ekperiment xarakteri daşıyır". Təfərrüatlara varmadı, çünki bu yolla doğulan uşaq o vaxt yox idi. Braun cütlüyü razılaşdılar. Tezliklə hamiləliyin başlandığı və normal davam etdiyi məlum oldu. Təcrübə ciddi cəhdlə gizlədilsə də, məlumatlar kənara sızdı. Jurnalistlər həm ailəni, həm həkimləri diqqətlə izlədilər, 1978-ci il iyulunda doğulan möcüzə uşaq haqda hər tərəfə xəbər yayıldı. Körpə Luiza qeysəriyyə əməliyyatı ilə dünyaya gəldi. Uşaqlıq və yeniyetməlik dövrü daim sorğu-sual ilə keçsə də, yaş artdıqca ona maraq azaldı, çünki minlərlə bu cür uşaqlar dünyaya gəlirdi. Ailə Luizanın doğumundan bir neçə il sonra eyni yolla daha bir övlada  sahib olmaq istədilər. Beləcə, Natali dünyaya gəldi. Eliza və Natali gələcəkdə təbii hamiləliklə ana statusunu da qazandılar.

Britaniyalı Edvards və Steptoe milyonlarla evli cütlüyün xəyallarını gerçəkləşdirsələr də, dərhal tanınmadılar. Uzun müddət bu inqilab nəinki kilsə rəhbərləri, hətta həmkarları tərəfindən düşmənçiliklə qəbul edildi. EKM texnikasının təkmilləşməsi gizli şəkildə davam etdirilirdi. 2010-cu ildə Robert Edvards süni mayalandırma tenologiyasının inkişafına görə Nobel mükafatına layiq görüldü. Həmkarı isə bu hadisəni yaşaya bilmədi, çünki 1988-ci ildə vəfat etmişdi.

EKM prosedurunun mahiyyəti

EKM bədən xaricində mayalandırmadır: yumurtahüceyrə və sperma orqnizmdən alınır, mayalandırma xüsusi laboratoriyada sınaq qablarında aparılır, döllənmiş yumurtalar 5-6 gün xüsusi şəraitdə, konveyrdə saxlanılır və bölünmə prosesində uşaqlığa yerləşdirilir.

Döllənmiş yumurtanı uşaqlığa köçürməzdən öncə Daun və bir sıra genetik xəstəliklər üçün testlər, araşdırmalar aparılır. Yalnız bundan sonra embrion yerləşdirilir. Belə tədbir kişi və ya qadın xətti ilə ötürülən xəstəlikləri istisna etməyə imkan verir.

Dünyanın əksər klinikalarında uşağın öncədən cinsinin müəyyənləşməsinə icazə verilməsə də, bəzi klinikalar valideyn istəyini nəzərə alırlar. Cinsiyyətin seçimi istisna hallarda aparılır: genetik olaraq kişi və ya qadın xətti ilə ötürülən xəstəliklər nəzərə alınaraq. Məsələn, irsi qan xəstəliyi olan hemofiliya yalnız oğlan uşaqlarında yarandığı üçün qız cinsi seçilir və s.  

Süni mayalanma ilə doğulan uşaların sağlamlığı ilə təbii mayalanma uşaqlarının arasında fərq varmı?

EKM üsulu ilə doğulan körpələrin sağlamlığına təsir etmir. Belə uşaqlar digər həmyaşıdlarından çox da fərqlənmir. Baxmayaraq ki, bəzi araşdırmalar görə onların nevroloji və görmə problemlərinə daha çox meylliyi qeyd olunur. Təbii hamiləlikdə olduğu kimi patologiyanı da tamamilə istisna etmək mümkün deyil, ancaq uşaqlığa yerləşdirilən embrion əvvəlcədən diqqətlə araşdırılır və prosedura başlamazdan öncə valideynlərin özləri tam müayinədən keçir, lazım gərəkdiyində müalicə alırlar. Belə parametrlərə görə belə uşaqlar üçün risklər daha aşağıdır.

EKM-dən sonra doğulan uşaqlar  bəzi mənbələrdə qeyd olunur ki, sonsuzluqdan əziyyət çəkirlər. Bu belə deyil. Patologiyanı digər insanlar kimi həyatı boyu bu və ya digər səbəbdən qazana bilər. Məsələn, EKM ilə doğulan qadın keçirdiyi infeksiya səbəbilə borularının tıxanmasına, beləliklə sonsuzluğa düçar ola bilər.

Araşdırmlar göstərir ki, süni mayalandırma ilə doğulan insanların doğuşdan rastladığı patologiylarda əksər vaxtı ananın hamiləlik zamanı keçirdiyi xəstəliklərin, stressin, yaşın, yanaşı xəstəlikləri, genetik faktorların rolu vardır.