Ağdamda kəndlər, tarixi abidələr xarabalığa çevrilib Gürcüstanlı ekspert


Digərləri 23 Sen 2021 15:06:00 215 0

Ağdamda kəndlər, tarixi abidələr xarabalığa çevrilib  Gürcüstanlı ekspert

Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar.

Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.

Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili Ağdam səfərinin təəssüratlarını Trend-ə bölüşüb.

"Biz üç gündür Azərbaycandayıq. Bu günlər ərzində Bakıda, Gəncədə olduq. İndi isə Ağdama gəlmişik. Burda kəndlər, tarixi abidələr xarabalığa çevrilib. Əminəm ki, ən tez zamanda burda hər şey yenidən qurulacaq. Azərbaycan xalqı buna tam gücüylə dəstək verəcək. Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir.