Hökumət abortları azaltmaq istəyir


Digərləri 23 Sen 2021 11:21:00 110 0

Hökumət abortları azaltmaq istəyir

Rusiya hökuməti 2025-ci ilədək ölkədəki abort sayını yarıbayarı azaltmaq planlarını təsdiqləyib.

Son.az rus mediasına istinadən xəbər verir ki, bu haqda hökumətin vebsaytında sənəd yerləşdirib. Hökumət 2025-ci ilədək ölkənin demoqrafik vəziyyətini düzəltməyə çalışır. Çünki ölkədə əhali artımında azalma müşahidə olunur. Sənəddə ana və uşaq ölümünün kəskin azaldılması, eləcə də ümumi reproduktiv sağlamlağın yaxşılaşdırılması üçün planlar nəzərdə tutulub.

Qadınların 80 faizi

Abortla bağlı tədbirlərə gəlincə, hökumət hamiləliyini kəsmək istəyən qadınların hüquqi, psixoloji və tibbi yardıma çıxışını təkmilləşdirməyi planlaşdırır. Abort elətdirmək istəyən qadınların 80 faizinin həkim konsultasiyasından keçməsi nəzərdə tutulur ki, bunda da məqsəd proseduru dayandırmaqdır. Rusiya mediasında yayılmış bu rəsmi sənəd feminist fəalların etirazına səbəb olub. Onlar abortu universal hüquq hesab edir, dövlətin bunun tənzimlənməsində minimum rol oynamalı olduğunu deyirlər. Onlar həmçinin sənədin "ənənəvi ailə dəyərlərinin gücləndirilməsi"nə diqqət ayırdığını vurğulayırlar. Bu isə Rusiyada homofobik yanaşmanın yumşaldılmış forması, mühafizəkar siyasətin təbliği kimi görülür.

"Fəlakət"

Ancaq abortların məhdudlaşdırılması bir müddətdir yürüdülən siyasətin tərkib hissəsi sayıla bilər. 2020-ci ilin dekabrında deputat Oksana Puşkina Səhiyyə Nazirliyinin qadınlara hamiləliklərini dayandırmağa icazə verən şərtlər açıqlamasını pisləyib, bunun "fəlakət"ə səbəb olacağını deyib. O, Avropa Birliyi üzvü olan Polşada abortlara qadağaya qarşı kütləvi etirazlara diqqət çəkib. "Mən qadın təşkilatları və icmalarından, rusiyalı qadınlardan şəxsi mesajlar alıram. Məndən xahiş edirlər ki, hamiləliyi dayandırmaq hüquqlarının alınmasına mane olum", - Puşkina deyib. Rusiyanın ən proqressiv deputatı sayılan Puşkina ötən həftə keçirilən seçkiyə qatılmamaqla Dövlət Dumasından yerindən imtina edib.