“Taliban” yeni vəd verdi:


Dünya 23 Sen 2021 10:24:00 119 0

“Taliban” yeni vəd verdi:

Əfqanıstanda qadınlar kişilərlə eyni proqramla təhsil alacaqlar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Taliban"nın rəsmi nümayəndəsi, Mədəniyyət Komissiyasının rəhbəri Zabihulla Mücahid məlumat verib:

"Qadınların təhsili üçün şərtlər hazırlayırıq. Qadınlar kişilərlə eyni fənləri- riyaziyyat, kimya, tarix, biologiya oxuyacaqlar: cinsindən asılı olaraq ayrı proqramlar olmayacaq və diplomları dünyada tanınacaq".

Mücahid Kabildəki bəzi qadınların artıq işə qayıtdıqlarını bildirib və eyni zamanda "zamanın dəyişdiyini" etiraf edib:

"İlk İslam əmirliyindən sonra (1996-2001-ci illər) çox şey dəyişib".