Əlcəzair Mərakeş aviasiyası üçün hava məkanını bağlayır


Dünya 23 Sen 2021 07:15:00 109 0

Əlcəzair Mərakeş aviasiyası üçün hava məkanını bağlayır

Əlcəzairin Ali Təhlükəsizlik Şurası Mərakeşlə yaşanan çətinliklər səbəbindən ölkənin hava məkanını mərakeşli hərbi və mülki təyyarələrinə bağlamaq qərarına gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Respublika prezidenti Əbdülməcid Tebun administrasiyasının "Twitter"də yaydığı paylaşımda deyilir.

Xatırladaq ki, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra avqustun 24-də krallığın bu günə qədər davam etdirdiyi düşmənçilik hərəkətləri səbəbiylə ölkənin Mərakeşlə diplomatik əlaqələrini kəsdiyini bildirmişdir.