Yol polisi valideynlərə və şagirdlərə xəbərdarlıq etdi
Digərləri 22 Sen 2021 13:33:00 96 0
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məktəblərin açılması ilə bağlı valideynlərə və şagirdlərə xəbərdarlıq edib.
Son.az bildirir ki, bunu İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, valideynlər azyaşlı uşaqları nəzarətsiz qoymamalı, yol hərəkət qaydaları barədə məlumat verməli, məktəblərin qarşısında dayanma-durma qaydalarını pozmamalı, uşaqları piyada keçidlərindən istifadəyə öyrətməlidir:
"Şagirdlər də öz növbəsində piyada keçidlərindən istifadə etməli, ictimai nəqliyyatda qaydalara əməl etməlidir. Unutmayın ki, qayda pozuntuları təkcə cərimə ilə nəticələnmir, sağlamlıqla bağlı fəsadlara səbəb olur".
Mənbə: milli.az