Gürcüstanda koronavirusa yoluxanların sayı 600 mini ötüb


Digərləri 22 Sen 2021 13:42:00 109 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 600 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 016 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.

Son.az bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 600 412, ölənlərin sayı isə 8 664 nəfərə çatıb. Virusa yoluxanlardan 567 797 (94%) nəfərin sağaldığı bildirilir.