Türkiyəli ikili hər gün evdə bir qram qızıl əldə edir


Digərləri 22 Sen 2021 12:00:00 115 0

Türkiyəli ikili hər gün evdə bir qram qızıl əldə edir

Antalyada yaşayan özəl mühafizə şirkəti əməkdaşları Cəmil Şahin və Haluk Arlı dörd il öncə internetdə elektronika tullantılarından qızıl, gümüş, platin kimi qiymətli metalların əldə olunması ilə bağlı video izləyiblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o gündən bu günə dostlar məsələni ciddi şəkildə araşdıraraq, bu yolla əlavə qazanc əldə etməyə başlayıblar.

Bunun üçün mühafizəçilər müxtəlif kimyəvi proseslərdən və emal üsullarından istifadə edirlər.

"Hər kəs evində gündə bir qram qızıl əldə edə bilər. "Avropalı bunu edə bilirsə, biz niyə etməyək?", - dedik və bacardıq. Qızılı ərinti halında kartofun içinə töküb, soyuduqdan sonra çıxarırıq. Çünki qızıl kartofa yapışmır",- deyə Haluk bildirib.

Cəmil isə qızılı, əsasən kompüter və noutbukların yaddaş kartlarından əldə etdiklərini qeyd edib.