Smartfonu yatağınıza yaxın qoymayın


Digərləri 21 Sen 2021 23:50:00 135 0

Smartfonu yatağınıza yaxın qoymayın

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın.

Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib.

Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olaraq artır- yəni smartfonla daha az vaxt keçirmək lazımdır.

"Ümumi qayda telefonu qucaqlayıb yatmamaqdır: onu nə yastığın altına, nə də yanınızdakı yatağa qoymayıb. Başınıza bir metr, azı yarım metr məsafədən yaxın saxlamamaq daha yaxşıdır", - deyə mütəxəssis məsləhət verib.