iPhone 13ün ən yüksək qiymətə satıldığı ölkələrin reytinqi tərtib olunub


Digərləri 21 Sen 2021 22:15:00 147 0

iPhone 13ün ən yüksək qiymətə satıldığı ölkələrin reytinqi tərtib olunub

Nukeni adlı analitik şirkət Apple şirkətinin yeni iPhone 13 smartfonlarının ən yüksək qiymətə satıldığı ölkələrin reytinqini tərtib edib. Tərtib edilmiş reytinqdən məlum olub ki, iPhone 13-ün müxtəlif ölkələr üzrə olan qiyməti kəskin fərqlənir. Beləliklə iPhone 13-ün ən ucuz qiymətə satıldığı bazar ABŞ bazarıdır. ABŞ-ın bəzi ştatlarında məhsullara görə əlavə vergi ödənişi mövcud deyil. Məsələn 128 GB yaddaşa sahib iPhone 13 mini modeli ABŞ-da 729$-a satılır. Eyni yaddaş həcminə sahib iPhone 13 mini-nin ən bahalı satıldığı ölkələr Türkiyə ilə Braziliyadır.

Belə ki, Türkiyədə sözügedən smartfon 1301$-a, Braziliyada isə 1256$-a satılır. Adi iPhone 13 ilə olan vəziyyət iPhone 13 mini ilə demək olar eynidir. 128 GB yaddaşa sahib iPhone 13 modeli ABŞ-da 829$-a, Braziliyada 1446$-a, Türkiyədə isə 1419$-a satılır. Seçilmiş daxili yaddaş həcmindən asılı olaraq iPhone 13 Pro modeli ABŞ-da 999$ və 1099$-a satılır. Braziliyada isə satış qiymətləri 1808$ və 1998$ təşkil edir. iPhone modelləri Avropanın bəzi ölkələrində də baha qiymətə satılır. Məsələn Norveçdə iPhone 13 modeli 1140$-a, iPhone 13 Pro Max modeli isə 1571$-a satılır.