Hərbi təyyarəçilərimiz “Texnofest2021” festivalında FOTO


Digərləri 21 Sen 2021 19:34:00 104 0

Hərbi təyyarəçilərimiz “Texnofest2021” festivalında  FOTO

Hərbi təyyarəçilərimiz "Texnofest-2021" festivalında ilk uçuşlarını icra edib Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən "Texnofest-2021" festivalındakı aviaşouda ilk uçuşunu edib.

Festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.