Yay yaxınlaşır: Kondisionerdən necə düzgün istifadə etmək olar?


Digərləri 26 Apr 2025 14:35:00 51 0

Yay yaxınlaşır: Kondisionerdən necə düzgün istifadə etmək olar?

Havaların isinməsi ilə birlikdə kondisionerlərə tələbat artır. Yay mövsümündə kondisionerdən düzgün istifadə etmək həm sağlamlıq, həm də enerji qənaəti baxımından böyük əhəmiyyət daşıyır.

Mlli.Az xəbər verir ki, mütəxəssislər isti havalarda kondisionerdən istifadədə diqqət edilməli əsas məqamları açıqlayıb.

İdeal temperatur 24-26°C olmalıdır

Havaların çox isti keçdiyi günlərdə kondisionerin temperaturunu minimuma endirmək təhlükəli ola bilər. Mütəxəssislər bildirirlər ki, ideal otaq temperaturu 24-26°C arasında saxlanmalıdır. Daha aşağı temperaturlar orqanizmdə soyuqdəymə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Hava axını birbaşa insana yönəlməməlidir

Kondisioner istifadə edərkən hava axınının birbaşa insanın üzərinə gəlməməsi tövsiyə olunur. Bu, boyun və bel ağrıları, əzələ tutulmaları kimi narahatlıqların qarşısını almağa kömək edir.

Kondisioneri fasiləsiz işlətmək olmaz

Cihazın fasiləsiz işləməsi enerji sərfiyyatını artırmaqla yanaşı, kondisionerin istismar müddətini də azaldır. Bu səbəblə taymer funksiyasından istifadə etməklə müəyyən saatlardan sonra cihazın avtomatik sönməsi təmin olunmalıdır.

Filtrlər mütəmadi təmizlənməlidir

Kondisionerin havanı səmərəli şəkildə təmizləməsi üçün filtrlərin həftədə ən az bir dəfə tozdan təmizlənməsi tövsiyə olunur. Əgər kondisioner uzun müddət işlədilməyibsə, mövsümə başlamazdan əvvəl texniki baxışdan keçirilməsi vacibdir.

Qapı və pəncərələr bağlı saxlanmalıdır

Cihazın effektiv işləməsi üçün otağın qapı və pəncərələrinin bağlı olması vacibdir. Əks halda, soyuq hava otaqda qalmaz və cihaz daha çox enerji sərf edər.

İsti havadan birbaşa soyuq otağa keçid təhlükəlidir

Mütəxəssislər günəş altında uzun müddət qaldıqdan sonra birbaşa soyuq otağa daxil olmağın orqanizm üçün şok effekti yarada biləcəyini bildirirlər. Bu səbəbdən, temperatur keçidləri tədricən aparılmalıdır.

Qeyd edək ki, kondisionerlərdən düzgün istifadə həm sağlam həyat tərzi, həm də ailə büdcəsinin qorunması baxımından önəmlidir.

Kənan Son.az

Operada yalnız qızlar – bir axşam Bakıda  FOTO like
  • 26 Apr 14:23  
Kriminal Operada yalnız qızlar – bir axşam Bakıda FOTO

Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalı çərçivəsində Rəş

arrow Ətraflı
Acı bibərin bilinməyən möcüzəvi təsiri like
  • 26 Apr 14:00  
Digərləri Acı bibərin bilinməyən möcüzəvi təsiri

Ədviyyatlı yeməklər bir çox insan üçün vazkeçilməzdir. Lakin belə qid

arrow Ətraflı
Tarixi şəhər təhlükədə  Bu tarixdə sular altında qalacaq like
  • 26 Apr 13:48  
Dünya Tarixi şəhər təhlükədə Bu tarixdə sular altında qalacaq

ABŞ-ın tarixi və mədəniyyət beşiklərindən olan Yeni Orlean sürətlə b

arrow Ətraflı
Tramp Zelenski ilə görüşdü like
  • 26 Apr 13:35  
Dünya Tramp Zelenski ilə görüşdü

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski Romada qı

arrow Ətraflı
Operada yalnız qızlar – bir axşam Bakıda like
  • 26 Apr 13:28  
Kriminal Operada yalnız qızlar – bir axşam Bakıda

Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalı çərçivəsində Rəş

arrow Ətraflı
Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur like
  • 26 Apr 13:18  
Siyasət Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur

Heydər Əliyevin irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam e

arrow Ətraflı
Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var like
  • 26 Apr 13:10  
Siyasət Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var

Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imk

arrow Ətraflı
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib like
  • 26 Apr 13:00  
Siyasət Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azər

arrow Ətraflı
Bu evlilik təklifi sosial mediada viral oldu like
  • 26 Apr 12:57  
Digərləri Bu evlilik təklifi sosial mediada viral oldu

ABŞ-də yaşayan gənc qadın Viktoria Brock sevgilisinin evlilik təklifinə

arrow Ətraflı
75 yaşlı Zeynəb nənənin qətlinə görə daha bir qadın tutuldu like
  • 26 Apr 12:34  
Digərləri 75 yaşlı Zeynəb nənənin qətlinə görə daha bir qadın tutuldu

Aprelin 22-də Şərur rayon Oğlanqala kənd sakini, 75 yaşlı Zeynəb İsmay�

arrow Ətraflı
Tanınmış reperin evi yandı  FOTO like
  • 26 Apr 12:24  
Şou-biznes Tanınmış reperin evi yandı FOTO

Samsunda məşhur rep ifaçısı Seyfullah "Sefo" Sağırın ailəsini

arrow Ətraflı
Dünyanın gözü Vatikanda  Xüsusi təyinatlı əsgərlər, 4 min polis və sinayperlər... like
  • 26 Apr 12:14  
Dünya Dünyanın gözü Vatikanda Xüsusi təyinatlı əsgərlər, 4 min polis və sinayperlər...

Bugün Vatikanda Katoliklərin ruhani lideri Papa Franciscus üçün vida məras

arrow Ətraflı
Sabah 29 dərəcə isti olacaq like
  • 26 Apr 12:07  
Digərləri Sabah 29 dərəcə isti olacaq

Sabaha olan hava proqnozu açıqlanıb.

arrow Ətraflı