Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib
Siyasət 26 Apr 2025 13:00:00 55 0
Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcəkdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı ötən ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin yekunlarına əsasən əldə edilmiş razılıqların praktiki reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
"İqtisadi kooperasiya ili" çərçivəsində həyata keçirilmiş səmərəli iş məmnunluqla qeyd olunub.
İlin əvvəlindən əmtəə dövriyyəsinin 20 faiz artdığı, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələrin aktiv fazada olduğu, birgə zəngin mədəni-humanitar mübadilə proqramının həyata keçirildiyi bildirilib.
Bu il yüksək səviyyə nəzərdə tutulan sammitlərə, həmçinin hökumətlərarası komissiyanın növbəti iclasına, regionların və rektorların forumuna, mədəniyyət tədbirlərinə hərtərəfli hazırlığın vacibliyi vurğulanıb.
Azərbaycan və Özbəkistan prezidentləri, həmçinin regional gündəliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşıdan gələn çoxtərəfli tədbirləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
ABŞ-də yaşayan gənc qadın Viktoria Brock sevgilisinin evlilik təklifinə

Aprelin 22-də Şərur rayon Oğlanqala kənd sakini, 75 yaşlı Zeynəb İsmay�

Samsunda məşhur rep ifaçısı Seyfullah "Sefo" Sağırın ailəsini

Bugün Vatikanda Katoliklərin ruhani lideri Papa Franciscus üçün vida məras

Hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova "VMR estetik klinik

Film dünyası hər zaman sehrli, parıltılı və cazibədar görünə bilər,

İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan ikinci korrupsiya əməl

"Mart ayından sığınacağa 25 yeniyetmə qız yerləşdirilib".

Türkiyədə xüsusi hazırlıq kursunda müəllim işləyən Fidanın sosial ş

İstanbul və Kütahyanın Simav bölgəsindən sonra bu dəfə Konya da zəlzə

Qubada fəaliyyət göstərən "Alma bağı" istirahət mərkəzində

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlət dili uğ

Müğənni Mənzurə Musayevadan həmkarı Əflatun Qubadovun ünvanına şok if
