Kamaləddin Qafarov: “Doğma dilimizlə qürur duyuruq”


Siyasət 26 Apr 2025 10:20:00 60 0

Kamaləddin Qafarov: “Doğma dilimizlə qürur duyuruq”

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlət dili uğrunda daim ardıcıl mübarizə aparmış, bu məqsədlə xalqı və ilk növbədə, ziyalıları ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq isə məhz ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, keçmiş SSRİ-nin mövcud olduğu 70 il ərzində bu imperiyanın rəhbərliyinin səylə nail olmağa çalışdığı əsas məqsədlərdən biri də kommunizm ideologiyasının tərkib hissəsi olan beynəlmiləlçilik siyasətini həyata keçirmək idi.

"Bu siyasətin əsas tələblərindən biri də sovet cəmiyyətinin  vahid xalq-vahid dil prinsipi üzərində formalaşdırılmasından ibarət idi. SSRİ rəhbərliyi müttəfiq respublikaların xalqlarına onların milli kimliklərini unutdurmaq və beləliklə də gələcəkdə həmin respublikalarda baş verə biləcək milli-azadlıq hərəkatları dalğasından imperiyanı sığortalamaq məqsədi güdürdü. Məhz bu məqsədlə ardıcıl hücumlar üçün müəyyənləşmiş  əsas hədəflərdən biri də milli dillər idi. Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq Sovet İttifaqına daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. 1977-ci ildə yeni SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Məhz belə bir mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi məqsədilə böyük risklərə bağlı olan gərgin fəaliyyətə başladı. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən  Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir." 27 aprel 1978-ci il tarixində isə həmin maddə Azərbaycan SSR Konstitusiyasına əlavə olunmuşdur. Ulu Öndərimizin gördüyü bu işlər, birmənalı olaraq, xalqın xilaskar oğlunun öz Vətəni qarşısında olan misilsiz xidmətlərindəndir".     

K.Qafarov  vurğulayıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri, fədakar fəaliyyəti nəticəsində Azərbaycan dili sovetlər dönəmində unudulmaq və məhv olmaq təhlükəsindən xilas ola bildi:

"Bir sıra digər ittifaq respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin məhz ana dilində təhsilinə üstünlük verilməsi də birbaşa Ümummilli Liderimizin yürütdüyü dil siyasətinin nəticəsi idi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün respublikamızda mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbu orqanları - "Azərbaycan", "Ulduz" jurnalları, "Ədəbiyyat və incəsənət" qəzeti Azərbaycan dilində nəşr edilib. Məhz  Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, Azərbaycan dilinin nüfuzu bir daha təsdiq edilib. Nəhayət, ən əsası, Ümummilli Liderimiz bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. Uzun illər sonra, artıq müstəqil Azərbaycanda ana dilimiz, sözün əsil mənasında, özünün dövlət dili hüquqlarına sahib olduğu dövrdə Ümummilli Lider söylədiyi tarixi nitqlərindən birində  demişdir: "Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir." Həqiqətən də məhz Ümummilli Liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı".

K.Qafarov  müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin səyləri ilə respublikada Azərbaycan dilinin inkişafına göstərilən xüsusi qayğıdan da bəhs edib:

"1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, bu mövzuda gərgin müzakirələr aparılmışdır. Həmin ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bu gün artıq bütün dünya bizim doğma ana dilimizi həm də işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir. Ölkə Prezidenti cənab İlham Əliyevin keçən il Novruz bayramı münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti isə ana dilimizin qalib xalqın dili olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi".

"Əflatun Qubadov mənə yalvarırdı..." like
  • 26 Apr 10:15  
Şou-biznes "Əflatun Qubadov mənə yalvarırdı..."

Müğənni Mənzurə Musayevadan həmkarı Əflatun Qubadovun ünvanına şok if

arrow Ətraflı
Əli Mirəliyev xəstəxanaya yerləşdirildi like
  • 26 Apr 10:09  
Şou-biznes Əli Mirəliyev xəstəxanaya yerləşdirildi

Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Metro tamamilə dəyişəcək  VİDEO İZAH like
  • 26 Apr 10:04  
Digərləri Metro tamamilə dəyişəcək VİDEO İZAH

Bu il Bakı Metropolitenində "Qırmızı" və "Yaşıl" xə

arrow Ətraflı
TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur like
  • 26 Apr 10:00  
Digərləri TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur

Bu ayın əvvəlində Amerika Birləşmiş Ştatlarında Hisense ABŞ-a qarşı

arrow Ətraflı
Dörd BÜRCƏ şad xəbər: Həftənin sonuna qədər cekpotu vuracaq like
  • 26 Apr 09:45  
Digərləri Dörd BÜRCƏ şad xəbər: Həftənin sonuna qədər cekpotu vuracaq

Ulduzlar qarşıdakı günlərin maliyyə baxımından dönüş nöqtəsi ola bi

arrow Ətraflı
"Nissan" məhkəməyə verildi  Maşın gedəgedə qapıları açılır like
  • 26 Apr 09:34  
Digərləri "Nissan" məhkəməyə verildi Maşın gedəgedə qapıları açılır

ABŞ-də "Nissan" markalı avtomobillərin hərəkət zamanı qapılar

arrow Ətraflı
Kallasın Bakı səfərinin əsl məramı nə idi? like
  • 26 Apr 09:22  
Siyasət Kallasın Bakı səfərinin əsl məramı nə idi?

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yeni ali nüma

arrow Ətraflı
İmamoğlunun hoteldən görüntüləri yayıldı  Əlində çemodanlarla...  VİDEO like
  • 26 Apr 09:10  
Digərləri İmamoğlunun hoteldən görüntüləri yayıldı Əlində çemodanlarla... VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və terror ara

arrow Ətraflı
Havalara görə ciddi fəsadlar var: Meyvətərəvəz bahalaşa bilər like
  • 26 Apr 09:01  
Digərləri Havalara görə ciddi fəsadlar var: Meyvətərəvəz bahalaşa bilər

Azərbaycanda Aqrar Sığorta sistemi elektron kənd təsərrüfatı informasiya

arrow Ətraflı
“Səhiyyəyə güvən yoxdur” like
  • 26 Apr 08:38  
Digərləri “Səhiyyəyə güvən yoxdur”

"Dünya təcrübəsində səhiyyə rəhbərlik strukturların, yəni nazirl

arrow Ətraflı
"Yazırlar ki, ev yıxanın evi olmaz" like
  • 26 Apr 08:20  
Şou-biznes "Yazırlar ki, ev yıxanın evi olmaz"

"Kim necə istəyir başa düşsün. Heç vaxt özümü bədbəxt qadın he

arrow Ətraflı
Pərvinin dəbdəbəli villası like
  • 26 Apr 07:35  
Şou-biznes Pərvinin dəbdəbəli villası

Aktrisa Pərvin Abıyeva villasının görüntülərini paylaşıb. 

arrow Ətraflı
Natavanla Dado bir arada like
  • 26 Apr 06:35  
Şou-biznes Natavanla Dado bir arada

Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı Dado (Səid Quliyev) və o�

arrow Ətraflı