"Nissan" məhkəməyə verildi Maşın gedəgedə qapıları açılır
Digərləri 26 Apr 2025 09:34:00 61 0
ABŞ-də "Nissan" markalı avtomobillərin hərəkət zamanı qapılarının qəfil açılması ilə bağlı şirkətə qarşı yeni məhkəmə iddiası qaldırılıb.
Bu xəbəri də oxu: 25 qız sığınacağa yerləşdirildi Biri hamilədir
Son.az xarici mətbuata istinadla xəbər verir ki, 2013-2025-ci illər arasında istehsal edilən Altima, Rogue və Sentra modellərində təhlükəsizlik problemi yaradan texniki nasazlıqlar aşkarlanıb. Şikayətlərə əsasən qapılar bəzən avtomobil hərəkətdə olarkən səbəbsiz yerə açılır və bu, ciddi qəza riskinə səbəb olur. Avtomobil sahibləri bu nasazlığın təmir edilməməsindən və "Nissan" şirkətinin problemi vaxtında aradan qaldırmamasından narazıdır.
Bundan əvvəl də 2015-2017-ci illərə aid Altima modelləri oxşar səbəblərlə 363 min ədəd geri çağırılmış, digər modellərdə isə bağlanmayan və ya özbaşına açılan qapılar səbəbilə əlavə çağırışlar olmuşdu. ABŞ Milli Avtomobil Təhlükəsizliyi İdarəsi məsələ ilə bağlı araşdırma başladıb.
Yaşanan texniki problemlər və ard-arda geri çağırmalar Nissanın ABŞ bazarındakı nüfuzuna ciddi zərbə vurub. Şirkətin son illərdə satışları azalıb, investorların inamı sarsılıb və bu vəziyyət, bir zamanların avtomobil nəhənginin çöküşü kimi qiymətləndirilir.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yeni ali nüma

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və terror ara

Azərbaycanda Aqrar Sığorta sistemi elektron kənd təsərrüfatı informasiya

"Kim necə istəyir başa düşsün. Heç vaxt özümü bədbəxt qadın he

Çinin elektrikli avtomobil istehsalçısı BYD-yə məxsus "BYD Changzhou&

Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı Dado (Səid Quliyev) və o�

Osmaniyədə bədbəxt hadisə baş verib.

Tez-tez tövsiyə olunan 10 min addım hədəfi hər kəs üçün uyğun olmaya

Rusiyanın ən çox qonorar alan müğənnisi bəlli olub.

Fransada özəl xəstəxanada cərrah kişinin bədənində tibb aləti unudub.

Müğənni Nüşabə Musayeva qalmaqallı açıqlamalar verib.

Bəzən dram serialı kimi, bəzən də zarafatla keçən anlar yaşadır. Amma
