TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur


Digərləri 26 Apr 2025 10:00:00 60 0

TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur

Bu ayın əvvəlində Amerika Birləşmiş Ştatlarında Hisense ABŞ-a qarşı qrup iddiası qaldırılmışdı. Belə ki, şirkəti öz QLED televizorlarında kvant nöqtə texnologiyasından istifadə edilmiş kimi reklam edərək, istehlakçıları çaşdırmaqda ittiham edirdilər. Hadisənin təfərrüatları hələ məlum olmasa da,  digər istehsalçı da oxşar hadisə ilə üzləşib, bu dəfə yeni ittiham TLC-yə ünvanlanıb.

Təsvir mənbəyi: Racool_studio / Freepik

Kvant nöqtələri, diametri 2-10 nm olan kadmium selenid və ya indium fosfid kimi yarımkeçirici materialların nanohissəcikləridir. Ötürülən işığın uzunluğu məhz bu hissəciklərin ölçüsündən asılıdır, elektromaqnit şüalanmasının təsiri altında davranışları isə kvant mexanikasının qanunlarına tabedir. Bunun sayəsində QLED panellər adi LED ekranlarla müqayisədə daha detallı rəng çalarlarının ötürülməsi ilə yanaşı, həm də daha yüksək parlaqlıq təmin edir.

Bu nöqteyi-nəzərdən, Hisense və TCL öz QLED televizorlarında kvant nöqtələrindən istifadə etməməkdə və ya sözü gedən hissəciklərdən şəkil keyfiyyətinə heç bir təsir göstərməyəcək qədər az miqdarda istifadə etməkdə ittiham olunurlar. Belə ki, bu səbəblə, TCL-nin Şimali Amerika bölməsinə qarşı  kaliforniyalı Stephan Herrick iddia qaldırıb. O, keçən il Amazon-dan 55 düymlük TCL Q651G QLED televizorunu əldə edib və televizorun kvant nöqtə texnologiyasına əsaslanaraq, daha yaxşı görüntü keyfiyyətini və daha zəngin rəngləri təmin edəcəyini hesab edib. 

Təsvir mənbəyi: hometheaterreview.com

Lakin bir müddətdən sonra istədiyi görüntünü əldə edə bilməyən Herrik, cihazın texniki xüsusiyyətlərini araşdırdıqdan sonra belə bir qənaətə gəlib ki, aldığı televizorda ya ümumiyyətlə kvant nöqtələri yoxdur, ya da onların sayı təsvirin ötürülməsi keyfiyyətinə heç bir təsir göstərməyəcək qədər azdır. Ərizədə Herrik qeyd edib ki, əgər o və digər istehlakçıların TCL televizorlarının sözü gedən bu xüsusiyyəti haqqında əvvəlcədən məlumatı olsaydı, belə bir məhsula nə bu qədər pul ödəməzdirlər, nə də ümumiyyətlə satın almazdırlar. "TCL istehlakçıları aldatmaq üçün saxta məlumatlar paylaşır. Bu səbəbdən də, TCL QLED TV sahibləri əsassız yüksək məbləğ ödəyərək itkilərə məruz qalıblar", - deyərək, Herrik öz açıqlamasında bildirib.

Şərq Sahilində isə Hisense qarşı oxşar iddia Nyu-York sakini Robert Macioce tərəfindən qaldırılıb. Belə ki, o, 2023-cü ilin noyabrında Best Buy-dan 43 düymlük Hisense QLED televizoru alıb. Matsios iddia edir ki, istehsalçı öz televizorlarını kvant nöqtələri əsasında işləyən məhsul kimi qələmə verərək istehlakçıları çaşdırır. İddia müəllifi əmindir ki, televizorlarda ya ümumiyyətlə kvant nöqtələri yoxdur, ya da onların sayı o qədər azdır ki, görüntünün keyfiyyətinə təsir etmir.

Təsvir mənbəyi: hometheaterreview.com

İddialarçılar TCL və Hisense şirkətlərini yanlış məlumat yaymaqda ittiham edir, belə ki, istehlakçılar gözləntilərini doğrultmayan televizorlar üçün külli miqdarda pul vəsaiti ödəmiş olurlar. Onu da qeyd etmək lazımdır ki, Cənubi Koreyada da TCL-ə qarşı oxşar iddia yerli Hansol Chemical şirkəti tərəfindən qaldırılıb.  Belə ki, şirkətin TCL QLED televizor modelinin üzərində keçirdiyi müstəqil sınaqların nəticəsi olaraq, sözü gedən televizorlarda kvant nöqtə texnologiyasının əsas elementlərindən olan indium və kadmiumun olmadığı aşkar olunub. Bu məsələ ilə bağlı Hansol, Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyasına şikayət ərizəsini təqdim etmişdir. Buna cavab olaraq, TCL öz test nəticələrini açıqlayaraq, şirkətin istehsal etdiyi televizorlarda şikayətdə göstərilən materialların, o cümlədən hər kiloqramda 4 mq kadmiumun olduğunu iddia edib. Mütəxəssislərin fikrincə isə, qeyd edilən bu rəqəm o qədər cüzidir ki, onun istifadəsi təsvirin keyfiyyətinə çətin ki, təsir etsin.

İddialara baxılması nəticəsində TCL və Hisense nüfuzuna ciddi ziyan vurula bilər, həm də iddiaların doğulduğu halda hər iki şirkət cərimələrlə üzləşə bilər. İddiaçılar məhkəmədə qalib gələrsə, şirkətlər müştərilərə təzminat ödəməli və məhsulun marketinq strategiyalarına yenidən baxış keçirməli olacaqlar.

Mənbə: Home Theater Review 3dnews.ru

Dörd BÜRCƏ şad xəbər: Həftənin sonuna qədər cekpotu vuracaq like
  • 26 Apr 09:45  
Digərləri Dörd BÜRCƏ şad xəbər: Həftənin sonuna qədər cekpotu vuracaq

Ulduzlar qarşıdakı günlərin maliyyə baxımından dönüş nöqtəsi ola bi

arrow Ətraflı
"Nissan" məhkəməyə verildi  Maşın gedəgedə qapıları açılır like
  • 26 Apr 09:34  
Digərləri "Nissan" məhkəməyə verildi Maşın gedəgedə qapıları açılır

ABŞ-də "Nissan" markalı avtomobillərin hərəkət zamanı qapılar

arrow Ətraflı
Kallasın Bakı səfərinin əsl məramı nə idi? like
  • 26 Apr 09:22  
Siyasət Kallasın Bakı səfərinin əsl məramı nə idi?

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yeni ali nüma

arrow Ətraflı
İmamoğlunun hoteldən görüntüləri yayıldı  Əlində çemodanlarla...  VİDEO like
  • 26 Apr 09:10  
Digərləri İmamoğlunun hoteldən görüntüləri yayıldı Əlində çemodanlarla... VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və terror ara

arrow Ətraflı
Havalara görə ciddi fəsadlar var: Meyvətərəvəz bahalaşa bilər like
  • 26 Apr 09:01  
Digərləri Havalara görə ciddi fəsadlar var: Meyvətərəvəz bahalaşa bilər

Azərbaycanda Aqrar Sığorta sistemi elektron kənd təsərrüfatı informasiya

arrow Ətraflı
“Səhiyyəyə güvən yoxdur” like
  • 26 Apr 08:38  
Digərləri “Səhiyyəyə güvən yoxdur”

"Dünya təcrübəsində səhiyyə rəhbərlik strukturların, yəni nazirl

arrow Ətraflı
"Yazırlar ki, ev yıxanın evi olmaz" like
  • 26 Apr 08:20  
Şou-biznes "Yazırlar ki, ev yıxanın evi olmaz"

"Kim necə istəyir başa düşsün. Heç vaxt özümü bədbəxt qadın he

arrow Ətraflı
Pərvinin dəbdəbəli villası like
  • 26 Apr 07:35  
Şou-biznes Pərvinin dəbdəbəli villası

Aktrisa Pərvin Abıyeva villasının görüntülərini paylaşıb. 

arrow Ətraflı
Natavanla Dado bir arada like
  • 26 Apr 06:35  
Şou-biznes Natavanla Dado bir arada

Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı Dado (Səid Quliyev) və o�

arrow Ətraflı
Ofis işçilərinin nəzərinə  Gün ərzində bu qədər addım atmasanız... like
  • 26 Apr 05:05  
Digərləri Ofis işçilərinin nəzərinə Gün ərzində bu qədər addım atmasanız...

Tez-tez tövsiyə olunan 10 min addım hədəfi hər kəs üçün uyğun olmaya

arrow Ətraflı
Rusiyanın ən çox qonorar alan müğənnisi odur like
  • 26 Apr 04:04  
Şou-biznes Rusiyanın ən çox qonorar alan müğənnisi odur

Rusiyanın ən çox qonorar alan müğənnisi bəlli olub.

arrow Ətraflı
Cərrah 20 sm aləti xəstənin qarnında yaddan çıxartdı like
  • 26 Apr 03:03  
Digərləri Cərrah 20 sm aləti xəstənin qarnında yaddan çıxartdı

Fransada özəl xəstəxanada cərrah kişinin bədənində tibb aləti unudub.

arrow Ətraflı
"Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur" like
  • 26 Apr 02:02  
Şou-biznes "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur"

Müğənni Nüşabə Musayeva qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı