Dünyanın gözü Vatikanda Xüsusi təyinatlı əsgərlər, 4 min polis və sinayperlər...
Dünya 26 Apr 2025 12:14:00 56 0
Bugün Vatikanda Katoliklərin ruhani lideri Papa Franciscus üçün vida mərasimi keçirilir. Aprelin 21-də vəfat edən Papa üçün təşkil edilən mərasimdə dünya liderləri Romada bir araya gəlib.
Bu xəbəri də oxu: Çernobıl AESdə baş verən qəzadan 39 il ötür
Son.az xarici mediaya istinadən xəbər verir ki, geniş təhlükəsizlik tədbirləri həyata keçirilir.
Məlumata görə, mərasim zamanı binaların üstünə snayperlər yerləşdirilib, izdihamın arasında patrul edən qüvvələr var və ehtimal olunan PUA hücumlarına qarşı anti-PUA silahlı təhlükəsizlik qüvvələri hazır vəziyyətdə olacaq. Həmçinin, Roma hava sahəsi uçuş bütün uçuşları bağlayacaq və 4 min polis mərasim zamanı təhlükəsizliyi təmin edəcək. Mərasiminin keçiriləcəyi Santa Maria Maggiore meydanında təhlükəsizliyi artırmaq məqsədilə 50-dən çox metal detektoru və rentgen cihazı yerləşdirilib.
Dünya Liderləri Romada
Vida mərasimində ABŞ Prezidenti Donald Trump da daxil olmaqla bir çox dünya lideri iştirak edir. Ümumilikdə 130 xarici nümayəndə heyətinin, dövlət, hökumət və parlament rəhbərlərinin də mərasimdə iştirak etməsi gözlənilir.
Papanın tabutu bağlandı və mərasim başladı
Papa Franciscusun cəsədinə edilən ziyarətlərin ardından üzünə ağ bir örtük qoyulub və tabutu bağlanıb. Mərasim Kardinallar Məclisinin Sədri Kardinal Giovanni Battista Re tərəfindən idarə ediləcək. Papa Franciscusun cəsədi, vasiyyətində göstərdiyi kimi, Santa Maria Maggiore bazilikasında dəfn ediləcək.
Papanın məzar daşı üçün də vasiyyətinə əsasən, babasının və nənəsinin torpaqları istifadə edilərək xüsusi bir daş hazırlanıb.
Qeyd edək ki, dünən Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın Roma şəhərinə səfər edib.
Milli Məclisin sədri bu gün Santa Maria Maggiore bazilikasında keçirilən dəfn mərasimində ölkəmizi təmsil edir, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılır.
Kənan Son.az
Xəbərə aid video
Hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova "VMR estetik klinik

Film dünyası hər zaman sehrli, parıltılı və cazibədar görünə bilər,

İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan ikinci korrupsiya əməl

"Mart ayından sığınacağa 25 yeniyetmə qız yerləşdirilib".

Türkiyədə xüsusi hazırlıq kursunda müəllim işləyən Fidanın sosial ş

İstanbul və Kütahyanın Simav bölgəsindən sonra bu dəfə Konya da zəlzə

Qubada fəaliyyət göstərən "Alma bağı" istirahət mərkəzində

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlət dili uğ

Müğənni Mənzurə Musayevadan həmkarı Əflatun Qubadovun ünvanına şok if

Bu ayın əvvəlində Amerika Birləşmiş Ştatlarında Hisense ABŞ-a qarşı

Ulduzlar qarşıdakı günlərin maliyyə baxımından dönüş nöqtəsi ola bi

ABŞ-də "Nissan" markalı avtomobillərin hərəkət zamanı qapılar
