Dünya Bankı Bakını niyə aldatmaq istəyib?


Digərləri 20 Sen 2021 20:18:00 142 0

Dünya Bankı Bakını niyə aldatmaq istəyib?

Dünyanın ən mötəbər maliyyə insitutları sırasında yer alan Dünya Bankı ilə bağlı yaşanan qalmaqal şok effekti doğurmaqda davam edir. Bəlli olub ki, Bankın 2018 və 2020-ci illər üzrə hesabatların tərtibində saxtakarlıq faktları üzə çıxıb. Nəticə "Doing Business" reytinq nəşri dayanıb. Dünya Bankının daxili auditində qeyd olunur ki, söhbət Çin, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Səudiyyə Ərəbistanından gedir. Qiymətləndirmə işləri zamanı məlum olub ki, Azərbaycanla bağlı məlumatlar süni şəkildə azaldılıb, ölkədə həyata keçirilən bəzi islahatlar isə hesabatda əksini tapmayıb.

Xüsusi ilə qeyd etmək lazımdır ki, məlumatların doğru əks olunmadğı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin süni olaraq qurum tərəfindən azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı məlum olub. Azərbaycana qarşı qərəzli münasibətin və ölkənin reytinqinin süni formada azaldılmasında hesabatın yaradıcılarından Simeon Dyankovun xüsusi neqativ rolu olduğu qeyd olunur. Aparılan araşdırmalar onu göstərmişdir ki, əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı.

Aparılan audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəlmişdir. Gələcəkdə Dünya Bankı tərəfindən biznes və investisiya mühitinin qiymətləndirilməsi məqsədi ilə yeni yanaşmalar əsasında metodologiyaların və qiymətləndirmələrin aparılacağı da anons edilib.

Bir faktı da qeyd edək ki,  Reuters və Kommersant kimi aparıcı mətbu orqanlar Azərbaycanda aparılan islahatların "Doing Business" hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazır. Onlar da qeyd edir ki, nəticələrin hesabatda doğru əks olunmadığı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin qurumun bəzi ekspertləri tərəfindən süni qaydada azaldılıb, aparılan bir sıra islahatlar hesabat üzrə qiymətləndirmələrdə əks olunmayıb.

Gələcəkdə Dünya Bankı tərəfindən biznes və investisiya mühitinin qiymətləndirilməsi məqsədi ilə yeni yanaşmalar əsasında metodologiyaların və qiymətləndirmələrin aparılacağı və ölkələrdə investisiya və biznes mühitinin inkişafına Dünya Bankının sadiq qaldığı anons edilib.

Kamran Seyidov Son.az