Gömrük postunda yarım tondan çox heroin aşkarlandı


Digərləri 20 Sen 2021 16:10:00 99 0

Gömrük postunda yarım tondan çox heroin aşkarlandı

Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də paylaşım edib.

Sədr paylaşımında bildirib ki, ölkənin cənub sərhədində Biləsuvar gömrük postunda 527 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.