Qızlar yalnız bu halda məktəbə gedə bilərlər


Dünya 19 Sen 2021 18:52:00 195 0

Qızlar yalnız bu halda məktəbə gedə bilərlər

"Taliban" Hərəkatı qızların məktəbə getməsinin əleyhinə deyil, ancaq bunun üçün təhlükəsiz mühit və təhlükəsiz nəqliyyat təmin olunmalıdır".

Son.az APA-ya istinadən bildirir ki, bunu "Spiegel" nəşrinə müsahibəsində "Taliban"ın təmsilçisi Zabiulla Mücahid bildirib.

"Taliban"ın təmsilçisi deyib ki, hazırda universitetlərdə qızlar təhsil alır, nəqliyyat təhlükəsizlikləri təmin olunub: "Qızların və qadınlar üçün bütün sahələrdə, o cümlədən təhsil sahəsində təhlükəsiz mühitin yaradılması üçün xüsusi komitə təsis ediləcək".