COVID19dan ağırlaşma riskini azaldan


Digərləri 19 Sen 2021 18:30:00 108 0

COVID19dan ağırlaşma riskini azaldan

Alimlər koronavirus infeksiyasını daha asan keçirənləri müəyyən ediblər.

Son.az Lent.az-a istinadla bildirir ki, məlum olub ki, xəstəlik müəyyən pəhrizə riayət edən pasiyentlərdə hər hansı ağır nəticələrsiz keçir. Məsələn, ancaq balıqdan istifadə etməklə bitki qidalarına və ya vegetarianlığa üstünlük verənlər.

Bunu, Kolumbiya Universitetinin mütəxəssisləri altı ölkədə xəstələnənlərin məlumatlarını araşdırdıqdan sonra söyləiblər.

Müəyyən edilib ki, bitki menyusuna sadiq olan yoluxmuş şəxslərdə xəstəliyin ağır gedişi riski heyvan məhsullarına üstünlük verənlərdən 73 faiz az olub.

Balıqdan istifadə etməyə üstünlük verən vegetarianlar ağırlaşma riskinin təxminən 60 faizə endirildiyinə görə öyünə bilərlər.