Sümüyü qaynadıb suyunu için. Dərinizdəki dəyişikliyi müşahidə edəcəksiniz


Digərləri 19 Sen 2021 16:15:00 126 0

Sümüyü qaynadıb suyunu için. Dərinizdəki dəyişikliyi müşahidə edəcəksiniz

Sağlamlıq və gözəllik üçün orqanizmdə kollagenin zəngin olması önəmlidir. Yaş artdıqca isə orqanizm kollagen istehsalını azaldır. Məsələn, 25 yaşdan sonra kollagen istehsalı 10-20 faiz azalırsa, 35-dən sonra 60-80 faiz azalır. Bu maddə təkcə üzün yox, bütün bədənin yaşlanmasının qarşısını alır.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, kollageni dərman formasında qəbul etmək mümkündür. Amma onu təbii qidalarla da qəbul edə bilərik.

Ağ balığın - tərkibində kollagen var. Buna görə də tez-tez istifadə etməyə üstünlük verin. O, orqanizmdə kollagen istehsalını artırır.

Su yosunu - tərkibi amin turşular və qlisinlə zəngindir. Bu maddələr kollagen yaranmasına kömək edir.

Sarımsaq - Tərkibi C vitamini ilə zəngindir. Eyni zamanda kollageni də artırır.

Qırmızı və bənövşəyi meyvələr - ən zəngin kollegen vasitədir. Tərkibi kollegeni artıran C vitamini ilə zəngindir.

Sitrus meyvələr - limon, portağal, mandalin kimi meyvələr gənclik maddəsinin yaranmasına kömək edəcək. Ona görə də çalışın bu meyvələri tez-tez istifadə edəsiniz.

Sümük suyu - sümüyü qaynadıb suyunu için. Dərinizdəki dəyişikliyi tez bir zamanda müşahidə edəcəksiniz. Bədəninizdə azalan kollageni geri qaytarmaq üçün ən gözəl vasitədir.

Son.az