Samux sakini yıxılaraq ölüb


Digərləri 19 Sen 2021 15:37:00 100 0

Samux sakini yıxılaraq ölüb

Samuxda bədbəxt hadisə baş verib.

Son.az bildirir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Rəhimov Ədil Adıl həyəti suvarmaq üçün su açan zaman yıxılıb. Xəstəxanaya aparılan 57 yaşlı kişinin öldüyü məlum olub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, mərhum ürək tutmasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.