Əhdə vəfa etmək hər bir müsəlmana vacibdir


Digərləri 18 Sen 2021 22:40:00 99 0

Əhdə vəfa etmək hər bir müsəlmana vacibdir

Əhli-Beytdən (ə) nəql edilir: "Dörd şey vardır ki, əgər hər kimdə olsa, İslamı kamil olar. İmanına yardım edər, günahları pak olar, Allahla ondan razı olan halda görüşər. Bu dörd şey ibarətdir: Allaha xatir bağladığı əhdə vəfa edər, bütün insanlarla düz danışar, Allah və insanların yanında çirkin olan əməllərə görə həya edər, ailəsi və bütün insanlarla xoş əxlaqlı olar. Dörd şey vardır ki, möminlərin hər birində olsa, Allah ona ən şərəfli yerdə yer verər: O kəs ki, yetimə pənah verər, ona sevgi ilə nəzər salar, ona qarşı mehriban ata olar. O kəs ki, gücsüzə rəhm edər və ona yardım edər. O kəs ki, ata və anasının xərcini verər və onlarla mehriban olar və hər ikisinə yaxşılıq edər. Onları qəmgin etməz. O kəs ki, xidmətçisinin və nökərinin haqqına təcavüz etməz. Onu gücü çatmayan işlərdə işlətməz".

Bu xəbəri də oxu: Xəşilin resepti

Bəzən Allahını tanıyan insan istər maddi, istər əxlaq, istər ailə məsələlərində bir işi öhdəsinə götürür və söz verir ki, yerinə yetirəcəkdir. Nəzərə almaq lazımdır ki, əhdə vəfa etmək - zəruri məsələlərdəndir.

"Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin". ("İsra" 34).

"Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi". ("Məryəm" 54).

"Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər". ("Muminun" 8).

Əbu Malik nəql edir ki, İmam Səccada (ə) dedim ki, məni dinin bütün qanunlarından xəbərdar et. Həzrət (ə) buyurdu: "Haqqı demək, ədalətlə hökumət etmək, əhdə vəfa etmək - dinin bütün qanunudur".

Hüseyn ibni Məsəb deyir ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: "Üç şey vardır ki, ona əməl etməkdə heç kəs üçün üzr yoxdur: yaxşı və pis əməl sahibinin əmanətinə əda etmək, yaxşı və pis əməl sahibinin əhdinə vəfa etmək, ata və anaya yaxşılıq etmək - istər hər ikisi yaxşı olsun və istərsə də pis".

İmam Kazım (ə) buyurur: "O kəs ki, əhdinə vəfa etməz - dini yoxdur".

Düz danışmaq elə bir fəzilətli sifətdir ki, Allah bütün insanlardan onu istəyir. Bütün İlahi peyğəmbərlər, Məsum İmamlar (ə) və İlahi övliyalar bu gözəl sifətə malik idilər. Mömin heç bir zaman yalan danışmaz. Həqiqəti gizlətməkdən çəkinər.

Bir nəfər İmam Əlinin (ə) xidmətinə gəlir və Həzrət öz səhabələrinin yanında idi. Həzrətə (ə) salam verir və deyir: "Allaha and olsun ki, mən səni çox istəyirəm və sənə aşiqəm. Həzrət Əli (ə) buyurdu: "Yalan deyirsən". Həmin kişi deyir: "Allaha and olsun ki, çox istəyirəm". Bu sözü üç dəfə təkrar edir. Həzrət (ə) buyurur: "Yalan deyirsən, sən dediyin kimi deyildir. Çünki Allah ruhları bədəndən iki min əvvəl xəlq edər. Sonra dostlarımızı bizə təqdim edər. Allaha and olsun ki, bizə təqdim olunan ruhların içində səni görmürəm". Həmin kişi sakit oldu. Bir daha bu sözünə qayıtmadı".

Paşinyanın Gürcüstana qarşı qəfil isti münasibətinin like
  • 18 Sen 22:34  
Dünya Paşinyanın Gürcüstana qarşı qəfil isti münasibətinin

Paşinyan Tbilisi səfəri zamanı Gürcüstanın ərazi bütövlüyü uğrunda

arrow Ətraflı
Amerikalı milyonçu özünü ələ verdi like
  • 18 Sen 22:32  
Digərləri Amerikalı milyonçu özünü ələ verdi

Amerikalı milyonçu Robert Derst sevgilisi Syuzan Bermanın qətlində təqsirl

arrow Ətraflı
ABŞÇin münasibətləri hara aparır  müharibəyə, yoxsa...? like
  • 18 Sen 22:31  
Dünya ABŞÇin münasibətləri hara aparır müharibəyə, yoxsa...?

Vaşinqton mövqelərini qorumaq üçün mümkün olan hər şeyi etməyə çal

arrow Ətraflı
Mutasiyaya uğramış koronavirus like
  • 18 Sen 22:28  
Dünya Mutasiyaya uğramış koronavirus

Merilend Universitetindən olan alimlər mutasiyaya uğramış koronavirusun hav

arrow Ətraflı
Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat müddəti uzadılıb like
  • 18 Sen 22:27  
Digərləri Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentl

arrow Ətraflı
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub   FOTO like
  • 18 Sen 22:26  
Digərləri Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub FOTO

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət

arrow Ətraflı
Nəzəri və əməli ürfan like
  • 18 Sen 22:20  
Digərləri Nəzəri və əməli ürfan

Ürfan elə bir yoldur ki, haqqı istəyənlər ona qədəm basarlar ki, Haqqı

arrow Ətraflı
Tanınmış xəstəxananın rəhbəri dəyişdi like
  • 18 Sen 22:16  
Digərləri Tanınmış xəstəxananın rəhbəri dəyişdi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, Akademik Mirmə

arrow Ətraflı
Dodaqlara qulluq edilməsi like
  • 18 Sen 22:15  
Digərləri Dodaqlara qulluq edilməsi

Dodaq dərisində piy vəzilərin olmadığı üçün dodaqların səthi daha h

arrow Ətraflı
Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır like
  • 18 Sen 22:10  
Digərləri Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır

\Ailə - övladın tərbiyə və yetişdiyi ocaqdır. Valideyn çalışmalıdır

arrow Ətraflı
Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri like
  • 18 Sen 21:55  
Digərləri Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri

Boyun və sinə nahiyəsinin dərisini mümkün qədər daha uzun müddət ərzi

arrow Ətraflı
Niyə atəş Həzrət İbrahim üçün gül bağçasına çevrilmişdi? like
  • 18 Sen 21:50  
Digərləri Niyə atəş Həzrət İbrahim üçün gül bağçasına çevrilmişdi?

Həzrət İbrahim (ə) - Ulul-əzm peyğəmbələrindəndir ki, din gətirmiş v

arrow Ətraflı
Quru saçlara qulluq edilməsi like
  • 18 Sen 21:45  
Digərləri Quru saçlara qulluq edilməsi

Baş dərisindəki piy vəziləri kifayət qədər miqdarda dəri piyi hazırlam

arrow Ətraflı
Bu durumda olan insanlar ikiqat savab aparırlar like
  • 18 Sen 21:40  
Digərləri Bu durumda olan insanlar ikiqat savab aparırlar

"(İki səmavi kitaba iman gətirib əməl etməyə) səbir etdikləri üç

arrow Ətraflı
Gülay Zeynallıdan like
  • 18 Sen 21:26  
Şou-biznes Gülay Zeynallıdan

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub.

arrow Ətraflı