Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar VİDEO


Digərləri 18 Sen 2021 18:36:00 155 0

Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar  VİDEO

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb.  

Mili.Az oxu.az-a istinadən xəbər verir ki, növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizlik kamerasını oğurlayaraq özləri ilə aparıblar.

Cinayəti törətmiş şəxslər artıq saxlanılıb. Onların anbardan 70 min lirə (təxminən 14 min manat) miqdarında müxtəlif avadanlıq oğurlandığı aşkar edilib.