Azərbaycan Türkiyəyə avtomobil ixracını planlaşdırır


Digərləri 18 Sen 2021 15:02:49 105 0

Azərbaycan Türkiyəyə avtomobil ixracını planlaşdırır

"Azərmaş" ASC minik avtomobili və avtobus istehsalının yeni xəttini işə salıb.

Son.az bildirir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, Hacıqabul sənaye parkında istehsal olunan minik avtomobillərinin qiyməti 17 min manatdan başlayacaq: "Yeni istehsal xəttində Özbəkistanın "UzAvtoSanoat" şirkəti ilə birgə və ABŞ-ın "General Motors" şirkəti ilə əldə olunan sazişə əsasən, "Chevrolet" minik avtomobillərinin, ISUZU oikap və avtobuslarının yığılması həyata keçiriləcək. Oikapların qiyməti 50-70 min, avtobusların qiyməti isə 70-120 min manat arasında olacaq. Yeni xəttin istehsal gücü 5 min "Chevrolet" avtomobilinin və minədək avtobus və pikapın yığılmasına imkan verəcək".

Assosiasiya sədri bildirib ki, bu avtomobillərin hədəf bazarı Türkiyə olacaq: "Gələcəkdə "General Motors"un razılığı ilə biz Türkiyəyə avtomobil ixrac etməyi planlaşdırırıq".

E.Axundov əlavə edib ki, Azərbaycanda bu avtomovbillər üçün ehtiyat hissələrin istehsalı ilə bağlı da razılıq əldə olunub.