Pele yarı intensiv terapiya şöbəsinə köçürülüb
Dünya 18 Sen 2021 07:25:00 104 0
Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pele sağlamlığının pisləşməsi səbəbindən yarı intensiv terapiya şöbəsinə yerləşdirilib.
Son.az Trend-ə istinadən bildirir ki, 80 yaşlı futbol kralının boğaz nahiyəsində problemlər aşkarlanıb. Fəsadların yüngül olduğu qeyd olunur, lakin eks-forvardın xüsusi qayğıya ehtiyacı olduğu bildirilir.
Xatırladaq ki, avqustun 30-da Pele San-Paulodakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.
Mənbə: milli.az