Britaniyada koronavirusdan daha 178 nəfər ölüb


Dünya 17 Sen 2021 21:40:00 139 0

Britaniyada koronavirusdan daha 178 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 651 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 371 301 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 178 nəfər, hazırkı dövrədək isə 134 983 nəfər vəfat edib.