Daha 13 kafe və restoranda pozuntu aşkarlanıb


Digərləri 17 Sen 2021 20:00:00 124 0

Daha 13 kafe və restoranda pozuntu aşkarlanıb

2021-ci il sentyabrın 16-da ölkə üzrə 378 ictimai iaşə obyektində 643 monitorinq keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Son.az-a verilən məlumata görə, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Sabunçu rayonu, Ə. Məmmədəliyev küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Arif Əli oğluna məxsus kafe;

2. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs., ev 9 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Şamil Mürsəl oğluna məxsus yeməkxana;

3. Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr., ev 56D, məh. 3004 ünvanında yerləşən, fiziki şəxs Əzizova Nuranə Sabir qızına məxsus kafe;

4. Bakı şəhəri, Binəqədi rayonu, X. Natəvan küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Quliyev Eldar Museyib oğluna məxsus "Bulaq" restoranı;

5. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küç., ev 19 ünvanında yerləşən, hüquqi şəxs "GAIA" MMC-yə məxsus restoran;

6. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küç., ev 19, m. 5A ünvanında yerləşən, fiziki şəxs Yusibova Marina Ziyatdinovnaya məxsus kafe;

7. Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küç., ev 138 ünvanında yerləşən, hüquqi şəxs "PJA" MMC-yə məxsus restoran;