Dünya Bankının “Doing Business” hesabatının nəşrini dayandırma səbəbləri nədir? ŞƏRH


Digərləri 17 Sen 2021 17:12:00 166 0

Dünya Bankının “Doing Business” hesabatının nəşrini dayandırma səbəbləri nədir?  ŞƏRH

Dünya Bankı "Doing Business" hesabatlarının nəşrini tamamilə dayandırmağa qərar verib. Daha öncə, 2020-ci il 27 avqust tarixində açıqlanmış press-relizdə hesabatda nəticələrin saxtalaşdırıldığı əsas gətirilərək bu hesabatın nəşri təxirə salındığı bildirilib. Öz yüksək daxili etik dəyərlərinə əsaslanaraq Dünya Bankı hesabatlardakı yalnışlıqların aradan qaldırılması məqsədi ilə qurum tərəfindən kənar audit şirkəti (WilmerHale şirkəti) də cəlb edilərək son 5 ilin sistematik həm daxili, həm də xarici audit qiymətləndirilməsini aparıb.

Bunu Trend-ə şəhr edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov bildirib ki, əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı:

Aparılan audit yoxlamalarının nəticəsindən çıxarış

"Audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəlib.

Qeyd edək ki, Doing Business hesabatlarında bir sıra hallarda ölkələrə qərəzli yanaşılması barədə dünya mətbuatında daha öncə də fikirlər əks olunub. Hazırda aparıcı dünya mətbuatı aparılan diaqnostik qiymətləndirmələr zamanı bank rəhbərliyinin bəzi ölkələrin xeyrinə nəticələrin süni formada yüksəldilməsi göstərişi verdiyini qeyd edir. Belə ki, burada quruma investisiya artırılması amillərinin bir sıra ölkələrin nəticələrinə təsir etdiyi barədə iddialar səsləndirilir".