Müharibədə iştirak etmiş 30 mindən çox şəxsə sosial xidmət göstərilib


Digərləri 17 Sen 2021 13:08:00 85 0

Müharibədə iştirak etmiş 30 mindən çox şəxsə sosial xidmət göstərilib

Bugünə qədər müharibədə iştirak etmiş 30 mindən çox insana dövlət qurumları tərəfindən 37 mindən çox xidmət göstərilib

Son.az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sosial Sahibkarlıq Forumunda çıxışı zaman deyib.

S.Babayev bildirib ki, Azərbaycan dövlətinin ən böyük diqqət və qayğısı məhz Vətən müharibəsi şəhidlərinin ailələrinə, müharibə əlillərinə yönəlib və bu proqramlar silsilə şəklində davam edəcək:

"Artıq cənab Prezidentin müvafiq fərman və sərəncamları ilə yanvarın 1-dən şəhid ailələrinə, müharibə əlillərinə və bu kateqoriyadan olan digər insanlara verilən təqaüdlər iki dəfə artırıldı. Onlara verilən evlərin və mənzillərin sayı artrıldı və bu il üç min evin və mənzilin bu kateqoriyadan olan insanlara təqdim edilməsi planlaşdırılır".