"Özümə mane olmağı bacarmıram"


Şou-biznes 17 Sen 2021 12:32:00 164 0

"Özümə mane olmağı bacarmıram"

Müğənni Günel Zeynalova Türkiyədə alış-veriş edərkən obyektivlərə tuş gəlib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi jurnalistlərə açıqlamasında alış-veriş sevgisindən danışıb. O bildirib ki, mağazaya girəndə özünə mane ola bilmir:

"Bəzi əksiklərimi almağa çıxmışam. Alış-verişə gələndə nəsə alıramsa, özümü dayandıra bilmirəm. Özümə mane olmağı bacarmıram. Bazarlıq etməyi çox sevirəm".

Günelin görünüşündə etdirdiyi dəyişiklik də diqqətdən qaçmayıb. Sənətçi uzun saçlarını qısaldaraq, onlara buruq tərz verib.