"Skoda" avtomobil istehsalını bir həftəlik dayandıracaq


Digərləri 16 Sen 2021 18:30:00 99 0

"Skoda" avtomobil istehsalını bir həftəlik dayandıracaq

Çexiyanın "Skoda" avtomobil şirkəti elektron komponentlərin çatışmazlığı ilə əlaqədar sentyabrın 27-dən bir həftə müddətinə istehsal prosesini dayandıracaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə zavodun həmkarlar ittifaqı bildirib.

Qeyd olunur ki, şirkət ölkə ərazisindəki hər üç zavodda istehsalı dayandıracaq. Fasilənin bir həftə davam edəcəyi gözlənilir.

Bu müəssisələrdə ümumilikdə 34 minə yaxın əməkdaş işləyir.

Son.az