Kosmosa tarixi uçuş başladı


Dünya 16 Sen 2021 08:33:00 107 0

Kosmosa tarixi uçuş başladı

Hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub.

Uçuş uğurla həyata keçirilib. Sərnişinlərin dünya ətrafında üç günlük səyahəti nəzərdə tutulub .

Səyyahlardan biri 42 yaşlı keçmiş qadın döyüş pilotu və uçuş üçün təşkil olunan yarışmada qalib gələn 51 yaşlı geologiya müəllimidir.

Daha əvvəl xərçənglə mübarizə aparan 29 yaşlı bir tibb işçisi və kosmos səyahətinin xərclərini qarşılayan 38 yaşlı iş adamı Card İsakmən də "ilham verən dördlüyə" daxildirlər.