Türkiyədə koronavirusdan 248 nəfər vəfat edib


Dünya 16 Sen 2021 07:25:00 111 0

Türkiyədə koronavirusdan 248 nəfər vəfat edib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 248 nəfər vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 341 004 nəfər test edilib, 28 224 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 28 536 nəfər sağalıb.