Dünya Bankı: İqlim dəyişmələri daxili miqrasiyanın kütləvi hal almasına səbəb olacaq


Dünya 15 Sen 2021 23:50:00 79 0

Dünya Bankı: İqlim dəyişmələri daxili miqrasiyanın kütləvi hal almasına səbəb olacaq

2050-ci ilə qədər təqribən 216 milyon insan yanğınlar, daşqınlar, quraqlıq və qasırğalar ucbatından öz evini tərk etməyə və öz ölkələrində daha təhlükəsiz və əlverişli həyat şəraiti axtarmağa məcbur olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dünya Bankının yeni məruzəsində xəbərdarlıq edilir.

Bankın ekspertləri xatırladırlar ki, qlobal istiləşmənin sürətlənməsi dəhşətli istilərə, quraqlığa, yanğınlara, qasırğalara, leysan yağışlarına və daşqınlara səbəb olacaq. Qütblərdə buzlaqların əriməsi dəniz səviyyəsinin artmasına gətirib çıxaracaq. Bütün bu səbəblər üzündən xeyli insan öz doğma şəhərlərini və kəndlərini tərk etməyə, başqa yerlərdə, əsasən öz ölkələrində daha yaxşı həyat şəraiti axtarmağa məcbur olacaq.

Hazırda Yer kürəsinin temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə təqribən 1,2 dərəcə yüksəkdir. İstiləşmənin davam etməsi ona gətirib çıxaracaq ki, 2050-ci ilə qədər dünyanın altı regionunda 216 milyon insan öz ölkələrinin başqa rayonlarına köçüb gedəcəklər. Ekspertlər bir sıra regionlarda iqlimlə bağlı daxili miqrasiya ocaqlarının daha əvvəl - 2030-cu ilə qədər formalaşa biləcəyini də istisna etmirlər.

Dünya Bankının proqnozlarına görə, 2050-ci ilə qədər Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində daxili "iqlim miqrantları"nın sayı 86 milyona, Şərqi Asiya və Sakit Okean regionunda 49 milyona, Cənubi Asiyada 40 milyona, Şimali Afrikada 19 milyona, Latın Amerikasında 17 milyona, Şərqi Avropa və Mərkəzi Asiyada 5 milyona çata bilər.

Bununla belə, məruzə müəllifləri vurğulayırlar ki, bu göstəricilər yalnız proqnozdur. Onlar əmindirlər ki, qlobal tullantıların azaldılması, ekoloji, inklüziv və davamlı inkişaf ilə bağlı təcili tədbirlər görülməsi daxili miqrasiyanı 80 faiz azaltmağa imkan verər.

Məruzədə yalnız üç region: Şərqi Asiya və Sakit okean bölgəsi, Şimali Afrika, habelə Şərqi Avropa və Mərkəzi Asiya barədə informasiya təqdim edilib.

Qanda hemoqlobini aşağı olanlar koronavirusu pis keçirir  Nə etməli? like
  • 15 Sen 23:39  
Digərləri Qanda hemoqlobini aşağı olanlar koronavirusu pis keçirir Nə etməli?

Qanda hemoqlobin oksigen molekulunun daşınması ilə məşğul olub, oksigeni

arrow Ətraflı
Bakıda insan sümükləri tapılıb like
  • 15 Sen 23:30  
Digərləri Bakıda insan sümükləri tapılıb

Bakının Yasamal rayonunda 3 ədəd insan skeleti aşkar olunub.

arrow Ətraflı
“Aİ92” markalı benzinlə bağlı pis xəbər like
  • 15 Sen 23:10  
Digərləri “Aİ92” markalı benzinlə bağlı pis xəbər

""Aİ-95" və "Aİ-98" markalı benzinin qiymətinin qa

arrow Ətraflı
Apple iki iPhone modelini satışdan çıxarıb like
  • 15 Sen 23:05  
Digərləri Apple iki iPhone modelini satışdan çıxarıb

ABŞ-ın "Apple" şirkəti yeni texnologiyanın təqdimatından bir g

arrow Ətraflı
Əslən Bakıdan olan “qanuni oğru” Taleh Dağlıyev Rusiyada saxlanılıb  FOTO like
  • 15 Sen 22:55  
Kriminal Əslən Bakıdan olan “qanuni oğru” Taleh Dağlıyev Rusiyada saxlanılıb FOTO

Əslən Bakıdan olan azərbaycanlı "qanuni oğru" Taleh Dağlıyev R

arrow Ətraflı
İrandan Qarabağla bağlı daha bir təxribat  FOTO like
  • 15 Sen 22:44  
Siyasət İrandan Qarabağla bağlı daha bir təxribat FOTO

Son günlərdə müzakirə olunan gündəm məsələlərdən biri də rəsmi Bak

arrow Ətraflı
Sinif otaqları gündə 3 dəfə 2030 dəqiqə havalandırılmalıdır  Türk infeksionist like
  • 15 Sen 22:30  
Digərləri Sinif otaqları gündə 3 dəfə 2030 dəqiqə havalandırılmalıdır Türk infeksionist

İnfeksion xəstəliklər uzmanı dr. Nafiz Koçak məktəblərdə siniflərin q

arrow Ətraflı