Braziliya COVID19 virusuna yoluxmaların sayına görə 2021ci ildə ilk dəfə olaraq liderlər siyahısından çıxıb


Dünya 15 Sen 2021 21:45:00 151 0

Braziliya COVID19 virusuna yoluxmaların sayına görə 2021ci ildə ilk dəfə olaraq liderlər siyahısından çıxıb

2021-ci ildə ilk dəfə olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 virusuna yeni yoluxmaların sayı barədə həftəlik hesabatında Braziliyanın adı yoluxmaların sayı ən çox olan ölkələrlə birgə çəkilmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, pandemiya başlanandan bəri Braziliya dünyada ölüm hallarının hətta 20 faizinə çataraq, ilk mövqeləri tuturdu.

Lakin ÜST-nin sentyabrın 12-nə olan məlumatına görə, son həftə ərzində daha çox yoluxma hallarının müşahidə edildiyi ölkələrin beşliyinə ABŞ (1 milyon yeni yoluxma halı), Böyük Britaniya (256 min), Hindistan (248 min), İran (172 min) və Türkiyə (158 min) daxildir.

Həftə ərzində yeni yoluxma hallarının sayına görə Braziliya 9-cu (118 min) yerdədir.

Pandemiya başlanandan bəri COVID-19 virusuna yoluxmaların ümumi sayına görə Braziliya 21 milyon yoluxma ilə üçüncü yeri, ölüm hallarının sayına görə isə (580 min nəfərdən çox) ikinci yeri tutur.

ÜST Afrikada ölüm hallarının 7 faiz artmasını təəssüflə vurğulayır. Bu, regionda immunlaşdırma kampaniyasını aktivləşdirməyin zəruri olmasını sübut edir. Hazırda, artıq 5,7 milyard doza vaksinin tətbiqindən sonra Afrika qitəsi istehsal olunan dozaların ümumi sayının yalnız 2 faizini əldə edib.