Rusiyada quş qripi ocaqları aşkar edildi


Dünya 15 Sen 2021 20:24:00 176 0

Rusiyada quş qripi ocaqları aşkar edildi

Rusiyanın Çelyabinsk şəhərində yüksəkpatogenli quş qripi ocaqları aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yoluxma faktları bir özəl təsərrüfatda və iri təşkilatda müəyyən olunub.

Qeyd olunur ki, yoluxma baş verən sahələrdə 11 minədək ev quşu saxlanılır. Onların məhv ediləcəyi istisna olunmur.

Hələlik bölgədə insanların yoluxub-yoluxmaması barədə məlumat verilməyib.