Hansı ölkələrdə uşaqlar COVIDə qarşı peyvənd olunur?


Dünya 15 Sen 2021 16:36:00 114 0

Hansı ölkələrdə uşaqlar COVIDə qarşı peyvənd olunur?

Son vaxtlar bir çox ölkə 12-15 yaş arası uşaqların COVID-19 əleyhinə peyvənd edilə biləcəyi yönündə qərarlar qəbul edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərə də bu ölkələr sırasındadır. Belə ki, ölkənin səhiyyə orqanlarının tövsiyəsi ilə mütəxəssislər bu yaşda olan uşaqlara tək dozalı "Pfizer" peyvəndinin tətbiqini tövsiyə ediblər.

May ayında Avropa Dərman Agentliyi (EMA) 12-15 yaşlılar üçün "Pfizer" peyvəndini təsdiqləyib. Qərardan sonra bəzi Avropa Birliyi (AB) ölkələrində fərqli nisbətlərdə peyvəndləmələrə başlanılıb.

Danimarkada 12-15 yaşlarında, İspaniyada 12-19 yaşlarında olan uşaqların əksəriyyətinə vahid peyvənd vurulub.

Fransa da 12-17 yaş arası uşaqların 66 faizinə vahid bir peyvənd vuraraq sürətlə hərəkətə keçib. Onların 52 faizi iki doza peyvənd alıb. Oktyabr ayından etibarən ölkədə istifadə edilən sağlamlıq pasportu 18 yaşdan kiçiklərə də şamil edilib. Bu praktikaya görə, uşaqlar kinoteatr, muzey, restoran və qapalı ticarət mərkəzlərinə girmək üçün peyvənd edildiklərini və ya mənfi COVID testi nəticələrinə sahib olduqlarını göstərməlidirlər.

İyun ayında hökumətin Almaniyadakı elmi məsləhətçiləri peyvəndi yalnız xroniki xəstəlikləri olan 12-15 yaş arası uşaqlara tətbiq etməyi tövsiyə ediblər. Avqust ayında koronavirusun "Delta" ştamının yayılması ilə birlikdə, peyvənd 12 yaşdan yuxarı hər kəsi əhatə edəcək şəkildə genişləndirilib.