ABŞın Ermənistandakı səfiri həddini aşır


Digərləri 15 Sen 2021 13:35:00 128 0

ABŞın Ermənistandakı səfiri həddini aşır

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi növbəti dəfə Ermənistana yarınmağa cəhd edib.

İstirahət günlərini Zəngəzurda keçirən diplomata deyəsən tətildə yaxşı baxıblar. Erməni lobbisinin təsirindən qurtula bilməyən səfir yenə də qondarma status məsələsini qabardıb. Status məsələsinin arxivə atıldığını "unudub". Bəyan edib ki, statusun həllinə ehtiyac var. "Biz Dağlıq Qarabağın statusunu həll edilmiş hesab etmirik, hesab edirik ki, bu məsələlərin həlli üçün iki ölkə arasında hərtərəfli nizamlanma lazımdır" deyən səfir əlavə edib ki, "Gorus-Qafan yolunda gördüklərimiz son dərəcə əhəmiyyətlidir. Bu, bizim noyabr ayında atəşkəs əldə edildikdən sonra dəfələrlə xatırlatdığımız məsələdir".

Beləliklə, Ermənistanın belə status məsələsinin arxivə atıldığı ilə razılaşdığı halda amerikalı diplomatın belə cəfəng bəyanatlar verməsi təbii ki, sıradan bir bəyanat deyil. Diplomat sadəcə gözəl anlayır ki, bu məsələnin həlli olun bölgədən çıxarılmasına səbəb olacaq. Sırf öz dövlətinin maraqlarından çıxış edərək, bu tip boşboğazlıqla məşğul olur. Anlamalıdır ki, bu məsələ 44 günlük müharibədə birdəfəlik həll olunub.

Sonda onu da vurğulamaq yerinə düşər ki, 30 il işğal altında olan Azərbaycan torpaqları ilə bağlı problemi həll etmək istəməyən ABŞ-ın indi belə mövqeyi sadəcə təəssüf doğurur.

Kamran Seyidov Son.az