Cərrahın eynəyi oğurlandı


Digərləri 15 Sen 2021 12:30:00 123 0

Cərrahın eynəyi oğurlandı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib.

Son.az xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb.

Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilindən aparılıb. Oğurlanan eynəklər xüsusi olaraq hazırlanıb və həkimdən başqa heç kim istifadə edə bilməz. Ürək cərrahı gəlməsi təxminən altı həftə çəkə biləcək yeni bir eynək sifariş verməli olub.