Bakının azad olunmasının ildönümü münasibətilə yürüş keçirilir


Digərləri 15 Sen 2021 10:09:00 105 0

Bakının azad olunmasının ildönümü münasibətilə yürüş keçirilir

Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasının 103-cü ildönümü ilə əlaqədar yürüş keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start verilib.

Şəhidlər Xiyabanından başlayan yürüş Türk Şəhidliyi abidəsinin önü, İçəri Şəhər metrosu, İqtisadiyyat Universitetinin binası, Qala qapısı, Azneft dairəsindən keçməklə Bəhram Gur heykəlinin qarşısında başa çatacaq.

Hərbi orkestrin müşayiəti altında davam edən yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti, tanınmış ictimai xadimlər və media nümayəndələri iştirak edir.