Bayden Si Cinpinin onunla görüşdən imtina etməsi xəbərlərini təkzib edib


Dünya 15 Sen 2021 09:05:00 113 0

Bayden Si Cinpinin onunla görüşdən imtina etməsi xəbərlərini təkzib edib

ABŞ Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının Sədri Si Cinpinin ötən həftə baş tutan telefon danışığı zamanı onunla görüşdə imtina etməsi barədə yayılan xəbərləri təkzib edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Ağ Evin mətbua xidməti bildirib ki, C.Bayden Kolorado ştatına səfərindən sonra Vaşinqtona qayıdanda jurnalistlər Si Cinpinin onunla görüşməkdən imtina etməsi ilə bağlı məlumatları şərh etməsini istəyiblər.

Qeyd edilir ki, ABŞ Prezidenti jurnalistlərin sualına cavabında bu xəbərlərin yalan olduğunu deyib.