Məşhur aparıcıdan xanımına


Şou-biznes 14 Sen 2021 20:42:00 177 0

Məşhur aparıcıdan xanımına

7 il birlikdə əl-ələ! İlin az qala hər gününə bir xatirə yazmışıq. Təkcə bir evi, bir süfrəni, eyni sevinci, kədəri deyil, bir taleyi paylaşmışıq. Bəzən susaraq danışmışıq, bəzən danışmadan anlaşmışıq...

Son.az xəbər verir ki, bu sözləri aparıcı Azər Süleymanlı instaqram hesabında yazıb.

Xanımını evliliklərinin 7 illiyi münasibətilə təbrik edən aparıcı sözlərinə belə davam edib: "Bu gün isə təqvimin ən şirin gününü yaşayırıq. Qulaqlarımızda vağzalı səsi, ürəyimizdə eyni həyəcan titrəməsi, çöhrəmizdə xoşbəxtliyin şəkli - evliliyimizin 7-ci ilinin tamamını yaşayırıq".