17 yaşlı sərxoş vəziyyətdə maşını idarə etdi


Digərləri 14 Sen 2021 18:12:00 107 0

17 yaşlı sərxoş vəziyyətdə maşını idarə etdi

Çitada avtomobili sərxoş vəziyyətdə idarə edən 17 yaşlı yeniyetmə on yaşlı məktəbli qızın ölümünə səbəb olub.

Son.az rus xəbər agentliklərinə istinadən xəbər verir ki, VAZ-21061 sürücüsü qarşı zolağa çıxaraq Nissan və Toyota avtomobilləri ilə toqquşub. Hadisə nəticəsində avtomobillərdən birində on yaşlı məktəbli qız ölüb, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yeniyetməni 12 ilə qədər həbs cəzası gözləyir.

Kamran Seyidov Son.az